Aparıcı Elgiz Əkbər gənc ifaçıların sənətkarlara qarşı qeyri-etik davranışlarını tənqid edib.
OLAY yazır ki, bununla bağlı Elgiz aparıcısı olduğu “Elgizlə izlə” verilişində deyib.
E.Əkbər həmin ifaçıları tərbiyəsiz adlandırıb:
“İndiki müğənnilərə bir kəlimə söz deyirsən, utanmadan böyük tərbiyəsizlik edirlər. Bunu mən özümə qarşı demirəm. Bunu mən özüm görürəm. Misal üçün: filan müğənni filan verilişdə adını çəkib, yaşda böyükdür, təcrübəlidir, adam Xalq artisti fəxri adını daşıyır. Hələ sən sevin ki, bu insan sənin adını çəkir. Utanmadan onun üzünü qayıdırlar. Tərbiyəsizlər!”.