TV proqram
TV proqram

“Kənanla münasibətimiz soyuyub”

“Kənanla münasibətimiz soyuyub”

Aktrisa Pərvin Abıyeva həmkarı və rejissor Kənan Mahmudovdan söz açıb.

OLAY yazır ki, sənətçi bu haqda qonaq olduğu “Xəbərin var?” maqazin verilişində danışıb.

Pərvin bildirib ki, Kənan ilə əvvəlki kimi dost deyillər:

“Kənanla biz çox yaxşı hətta ailəvi dost olmuşuq. İndi də münasibətimiz var. Mənim ən çox Kənanın xanımı Aygünlə yaxşı və sıx münasibətim var. İndi münasibətlərimiz soyuyub. Kənan hərdəmxəyal adamdır. Onun sağı – solu bəlli deyil. Amma dostluğu yaxşı bacarır. Ümumiyyətlə incəsənət adamlarının sağı-solu bəlli deyil. Yaradıcı insanlar bir çox düşüncəyə düşə bilirlər və fərqli olurlar”.