TV proqram
TV proqram

“Dövlət buna çarə qılmalıdır” - Rühəngiz

“Dövlət buna çarə qılmalıdır” - Rühəngiz

“Sonuncu efirə çıxıram. Toylara gedəcəyəm, amma efirə çıxmayacağam”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu “Elgizlə izlə” verilişində deyib. 

Sənətçi sosial şəbəkədə onun ünvanına yazılan tənqidlərdən söz açıb. 

Allahverdiyeva daha efirə çıxmayacağını söyləyib:

Yazırlar ki, bizə lazımsan, get otur evdə, nəvələrinlə oyna. Sizin böyüyünüz, nəvəniz yoxdur? Niyə onlara hörmət etmirsiniz? Mədəniyyətiniz olsun, daxiliniz nədirsə, aşkar edirsiniz. Ramazan ayıdır, xoş sözlər yazın. Bədbəxtlər, bu hərəkətiniz kimə, nəyə lazımdır? Brilyantlarımı oğurlamışdılar, verilişdə buna görə halım pisləşdi. Yazırlar, kimə lazımdır? Mən bunu sizə danışıram. Jurnalistin bunu yazması normaldır. Amma bu aləmdən xəbəri olmayan səhifə açıb, qoyur şəklimi yazır: 70 yaşı var, buna necə baxırsınız? Dövlət buna çarə qılmalıdır. Siz kimsiniz? Dədəmi, nənəmi söydürüb pul qazanırlar”.