Aparıcı Elgiz Əkbər Novruz bayramı ərəfəsində uşaqların papaq atmasından gileylənib.
OLAY yazır ki, bu haqda Elgiz aparıcısı olduğu “Elgizlə izlə” verilişində danışıb.
“Uşaqlardan xahiş edirəm, qapıya bir dəfə papaq atın. Ya da papağı dəyişin. Xəsislik etmirəm, amma şirniyyat mağazasında işləmirəm. Eyni papağı bir, iki dəfə atdın bəsdir, üç dəfə atır. Evdə heç nə qalmadı. Bu gün bizə qonaq gəl, bir stəkan çaya 1 konfetimiz yoxdur. Hamısı getdi. Heç olmasa fərqli papaq atın. Eyni papağı atır, adamın gözünə girir” - deyə E.Əkbər vurğulayıb.