TV proqram
TV proqram

Acunun həbsi tələb olundu!

Acunun həbsi tələb olundu!

İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində, məşhur televiziya prodüseri Acun Ilıcalı və iş adamı Sadettin Saran da daxil olmaqla bir neçə şəxs haqqında cinayət işi açılıb. 

OLAY yazır ki, iddianaməyə əsasən, şübhəlilər, televiziya platformalarında yayımlanan futbol matçlarında virtual reklam texnikalarından istifadə edərək, lisenziyası olmayan və qanunsuz fəaliyyət göstərən mərclə bağlı saytların reklamını ediblər. 

Bu fəaliyyət 7258 saylı qanuna zidd hesab edilərək, şübhəlilər haqqında 1 ildən 3 ilə qədər həbs cəzası tələb olunub. 

Prokurorluq şübhəlilərin bu cür reklamlarla cəmiyyəti qanunsuz mərclərə cəlb etdiklərini və dövlətin tətbiq etdiyi qanunları pozduqlarını bildirib.