Əməkdar artist Lalə Məmmədova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi qonaq olduğu “YouTube”da yayımlanan “Künc-bucaq” verilişində həmkarının efirlərin birində ifa etdiyi mahnının sevgilisinin yazmasına ironiyalı reaksiya verib.
“O gün “Instagram”da bir video çıxdı qarşıma. Həmin videoda aparıcı müğənnidən “Bu mahnını kim yazıb?” deyə sual verir. Müğənni isə “Bu mahnının sözlərini sevgilim yazıb” cavabını verir. Elə də sakitcə dedi. Baxıb dedim ki, camaat efirdə ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir. Düzdü, mən heç üzr istəməyin tərəfdarı deyiləm, çünki buna ehtiyac yoxdur. Amma yenə də bu bir mədəniyyədir. Amma bu insan kompleksiz, böyük fəxrlə deyir ki, sevgilim yazıb oxuduğum nəğmənin sözlərini” - deyə, Lalə vurğulayıb.