Aktyor İslam Mehrəliyev açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi qonaq olduğu “İzzət şou” verilişində filmlərin birində gözlərinin fərqli rənginə görə çəkilə bilmədiyini söyləyib.
“Bir sənədli film var idi. Gürcüstanda çəkilməli idi. Bu Azərbaycan və Gürcüstanın birgə layihəsi idi. Dedilər ki, sənin gözlərinin rəngi oynayacağın rol ilə uyğun deyil. Bu rol üçün əsl qafqazlı gözü lazımdır. Yəni tünd olmalıdır. Məndə linzadan istifadə etdim. Amma gördülər ki, linza ilə də alınmır. Dedim ki, ondansa gedin qaraqaş, qaragöz aktyor tapın və onu da sənədli filminizə çəkin”, - deyə İslam vurğulayıb.