“1967-ci ildə ailə qurmuşuq. Artıq 58 ildir ki, Arif müəllimlə evliyik. Onun bütün tələbəli zaman-zaman gəlib, baş çəkirlər. Hətta Xankəndində dərs deyən tələbələri də gəlib, Arif müəllimlə görüşürlər. Onu yaddan çıxartmırlar”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Arif Babayevin həyat yoldaşı Gültəkin xanım Qonaqcanlı verilişinə müsahibəsində deyib.
Ötən gün 87 yaşına qədəm qoyan ustad sənətkarın xanımı xaricdə təhsil alan nəvələrindən söz açıb:
“Arif müəllimə deyirlər ki, səni həm dövlətimiz həm də millətimiz çox istəyir. Arif adında nəvəmiz var. Hazırda o Londonda təhsil alır. Digər nəvəmiz isə Ankarada oxuyur. Onlar Bakıya gələn ki, birinci bizimlə görüşürlər”.
Proqramın aparıcısı “Gültəkin xanım heç olub ki, deyəsiniz ki, mənim özümə də diqqət lazımdır?” sualına xanəndənin həyat yoldaşı “Özümü heç fikirləşmirəm. Arif müəllim sağolsun, nəfəsi əskik olmasın” cavabını verib.