“Pişik” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “İncə səhər” verilişində qonaq olan sənətçi bildirib ki, uzun müddətdir ki, avtomobilsiz qalıb.
Ələkbərova bunun səbəbini belə nəql edib:
“Bacınızın avtomobilləri olanda çoxların da yox idi. Bilirsiniz ki, mən bir neçə dəfə avtomobilimlə qəza keçirmişəm. Bundan sonra məndə fobiya yarandı. Artıq bir neçə ildir ki, avtomobilsizəm. Yalnız taksilərdən istifadə edirəm. Taksiyə əyləşəndə dərhal sürücüdən xahiş edirəm ki, nəqliyyat vasitəsini asta sürsün. Bilmədiyim insan maşını idarə edən də qorxuram”.