TV proqram
TV proqram

“Aparıcılar hıçkıraraq oxuyan müğənnilərə efirdə sənətkar deyir”

“Aparıcılar hıçkıraraq oxuyan müğənnilərə efirdə sənətkar deyir”

“Hıçkıra-hıçkıra oxuyanlar var... Elə bil ki, tikə qalır boğazda və hıçkırıq tutur... Bu kimi oxuyana aparıcı verilişində “sənətkar” deyir. Bu sözə baxa-baxa qalıram. Kənardan baxanda deyəcək ki, buna nəsə edib və ya verib, ya bunun həyatında bir kişi ondan biraz çəkinir... Sən aparıcısan, ondan niyə çəkinirsən? O kimdir? Kimdir onun başının üstündə duran? Kimdir onu sən bu verilişə dəvət eləmisən və elə təqdim edirsən? Aparıcı efirdə deyir ki, bilirsən bu oxuyanın nələri var? Sənə nə var? Nəyi varsa onundur. Nəyinə axı bu lazımdır? Niyə sən o müğənniyə yaltaqlanırsan?”

OLAY yazır ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Sənətçi bildirib ki, reytinq xətrinə aparıcılar verilişlərdə müğənnilərin arasına nifaq salaraq, dalaşdırır:

“Universitet oxumusan, kanal rəhbərliyi sənə şərait yaradıb və insanların qarşısına çıxırdıb ki, sən gələsən efirdə yaltaqlıq edəsən, kimisə qabağında aşağılayasan? Bu nə deməkdir? Veriliş reklama çıxanda zəng vurub mənimlə danışır. O aparıcını danlayıb, ağzıma gələni deyirəm – olmadı ki, yığışdırın da özünüzü. Bu insanları efirdə aşağalamayın. Ona görə də mən, mənim kimilər və ya başqa sənətçilər küsürük və kənarda otururuq. Efirlərə çıxmaq istəmirik. Belə edərək iyrəndirməyin bizi. Şəxsən mənim elə aparıcılara şübhəm var. Ayıbdır! Ona görə də mən yoxam efirlərdə. Aparıcılar başlayırlar efirdə müğənnilərə “Bunun qiyməti nədir?, Bu niyə belə olub?, Bu yaxşı oxuyur yoxsa başqası?” Axı bunlar mənim nəyimə lazımdır? Efirdə mənəmsə məndən danış. Onun yaxşı və ya pis oxuduğunu özün bilmirsən? Beləcə aranı qarışdırıb, dava salırsan. Mənim halım və səbrim var bu kimi mövzuların arxasına düşməyə. Ayıb deyil, biz üz-üzə gəlirik, gedib məhkəmədə görüşək. Söhbətdir bu? Ayağım boyda uşaq və ya özümdən yaşlı böyük bir nəslin nümayəndəsi ilə məhkəmədə üz-üzə gəlməliyəm? Nə var – nə var ki, aparıcılıqdan anlayışı olmayan birisi müğənnini digər müğənniyə qarşı qızışdırır. Belə şey olur?”