TV proqram
TV proqram

“Həyat yoldaşın diqqət göstərmirsə, ailədən söhbət gedə bilməz”

“Həyat yoldaşın diqqət göstərmirsə, ailədən söhbət gedə bilməz”

“Qadının sahibi deyilən bir şey yoxdur. Qadın özü özünün sahibidir. Təbii ki, həyat yoldaşına hörmət etməlisən. Amma bu qarşılıqlı olmalıdır. Həyat yoldaşın sənə diqqət göstərmirsə və sevgi bəxş etmirsə orada heç bir ailədən söhbət belə gedə bilməz. Kinli deyiləm. Nə yaşayıramsa onu unutmağa çalışıram. Dünənimlə yaşayan insan deyiləm. Hər zaman gələcəyimə baxıram, çünki nəyisə yaşamışamsa demək ki, bu olmalı idi – yaşandı. Sadəcə bundan dərs çıxarmağa çalışıram”.

OLAY yazır ki, bu sözləri müğənni Aysun İsmayılova “Bir gün” verilişinə müsahibəsində deyib.  

Aysun bildirib ki, sevgidə və dostluqda xəyanəti bağışlamır: 

“Dostluqda və sevgidə xəyanəti bağışlamaram. Haqsızlığı götürə bilmirəm. Əgər bu gün dostum mənə yalan danışırsa, demək orada dostluq heç zaman ola bilməz. “Ağ yalan” deyilən bir şey var. Bu olanda artıq o insana qarşı inamsızlığım yaranacaq. Çalışmışam hər zaman dürüst və səmimi olum. Mən necəyəmsə məni elə qəbul etsinlər”.