“Ağlım olsaydı qətiyyən müğənni olmazdır. Yaxşı bacı, ana, baxça müəlliməsi, həkim olardım”.
OLAY yazır ki, bu sözləri 71 yaşına qədəm qoyan Xalq artisti Nisə Qasımova “Qonaqcanlı” verilişində deyib.
Sənətkar bu illər ərzində sənət yolunda keçdiyi çətin və keşməkeşli günlərdən söz açıb:
“Mən oxumağa məcbur oldum. Çünki mən o illərdə nə yolun yarısında nə də ki, ortasında deyildim… Geri çəkilməkdə… O dövrdə mənə olan psixoloji təxribatlar və daha nələr və nələr… Onlar məni geri çəkilməyə vadar etmək istəyirdilər. Sadəcə mən fiziki və psixoloji gücümə güvənib dedim ki, davam etmək lazımdır. Mən heç zaman “birinci”, “məndən yoxdur”, “mən və mən” iddialarında olmamışam. Çünki mən daxili dünyamda “mən” eqosu ilə yaşamamışam. Qabağıma çəkilən o çəpərləri keçmək asan deyil idi”.