Əməkdar artist Firuzə İbadova “Zaurla Günaydın” verilişində qonaq olub.
OLAY yazır ki, bir neçə gündən sonra (fevralın 18 – red.) ad gününü qeyd edəcək sənətkara proqramın aparıcıları Zaur və Günay Baxşəliyevlilər xoş sürpriz ediblər.
Verilişin gedişatında studiyaya İbadovanın yeganə qızı Hülya və nəvəsi (Hülyanın qızı – red.) Hökümə gəlib.
Dövlət işində çalışan və efirlərə çıxmağı sevmədiyini söyləyən müğənnin qızı anası ilə bağlı arzu və diləklərini bu sözlərlə ifadə edib:
“Anama arzu edirəm ki, hər zaman həyatımda olsun. Çünki bizim ikimizin ( özü və qızını nəzərdə tutur – red.) ondan başqa heç kimimiz yoxdur”.
Bu sözlərdən sonra Hülya kövrəlib və F.İbadova qızını və nəvəsini qucaqlayaraq onlara təşəkkünü bildirib.