TV proqram
TV proqram

Şəbnəm instaqramdakı reklam qiymətini açıqladı

Şəbnəm instaqramdakı reklam qiymətini açıqladı

“Yutub kanalımın 1 milyon 700 min izləyicisi var. Yutub 2019-cu ildə mənə “gümüş düymə” göndərib. 2022-ci ildə isə “qızıl düymə” verib”.

OLAY yazır ki, bu sözləri Şəbnəm Tovuzlu qonaq olduğu “El canlı” verilişində deyib.

Sənətçi bildirib ki, instaqramda paylaşımının qiyməti 2000 manatdır:

“Həm yutub kanalım, həm də instaqram səhifəm reklam baxımından bütün yutuber, tiktokerlərdən, sənət dostlarımın səhifələrindən də birincidir. İnstaqramda 3 milyon 400 min izləyicim var. Təbii ki, mən də öz səhifəmdə reklam paylaşıram. Misal üçün instaqramda  hekayə bölümündə reklamı 2000 manata yayımlayıram. Əslində, səhifəm reklam yox, müğənni səhifəsidir. Mən reklamlara baxıb, sonra paylaşıram. 4-5 ayda nələrisə səhifəmdə reklam edirəm. Heç zaman geyimlərimi və sairə səhifəmdə barter üsulu ilə reklam etmirəm. Hansısa şirkətlər olur: onlar öz məhsulunu reklam etmək istəyirlər, mən də pul qarşılığında paylaşıram”.