Aparıcı İlhamə Bədəlova açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, bu açıqlamanı televiziya ulduzu aparıcısı olduğu  “Həkimsən” verilişində edib.

Bədəlova bildirib ki, regionlardan yaşayan insanlar şəhərdəkilərdən fərqli olaraq saflığını itirməyiblər:

“Problemlərin həllini tapdıqca davamı da olacaq. Bizə gələn müraciətlər o qədər çoxdur ki... Ən çox da rayonlardan. Sanki saf və təmiz gəlbli insanların çoxu regionlarımızda yaşayır. Onların xasiyyəti şəhərdə yaşayan insanlara qarışmadan kirlənməyib. Onlar saflıqlarını itirməyiblər”.