TV proqram
TV proqram

“Mələkxanım möhtəşəm qayınanadır“ - Mərdan

“Mələkxanım möhtəşəm qayınanadır“ - Mərdan

“Qayınanam, Xalq artisti Mələkxanım Eyubova ilə rok janrında oxuduğumuz “Unuda bilmirəm” dueti tamaşaçılar tərəfindən çox gözəl qarşılandı. Tədbirlərə bir yerdə dəvət almağa başladıq. Bizim yenidən daha bir duetimizdə olacaq. Çox tanınmış bir mahnıdır. Bu nəğməni türklərdə ifa edib. Adını isə açıqlamaq istəmirəm”. 

OLAY yazır ki, bu sözləri rok ifaçısı Mərdan Kazımov “İncə səhər” verilişinə müsahibəsində deyib.

Mərdan qayınanası, Xalq artisti Mələkxanım Eyubova ilə bağlı etirafları ilə diqqət çəkib:

“Biz səhnədə qohumluq əlaqələrini çox da üstün tutmuruq. Səhnədə biz duet ortaqlayırıq. Səs yazma studiyasında isə Mələkxanım xanım mənə bir sənətkar kimi məsləhətlər verir. Qaynana kimi isə o möhtəşəmdir. Onun hazırladığı ən dadlı yemək yarpaq dolmasıdır”.