Əməkdar artist Lalə Məmmədova son zamanlar həm görünüşündə, həm də səhnə imicində etdirdiyi dəyişikliklərdən söz açıb.
OLAY yazır ki, bu haqda sənətçi “Sabahın xeyir Azərbaycan!” verilişinə müsahibəsində danışıb.
Məmmədova bu dəyişikliyindən olduqca razı qaldığını dilə gətirib:
“Dəyişikliyimi hər kəs birdən-birə qəbullana bilmədi. Bəlkə də hələ də qəbul etməyən insanlar var. Heç kəsi qınamıram, çünki bəzən bir keçmişdə yaşanan hansısa gözəl duyğularda qalırıq və biz ondan qopmaq istəmirik. O üzdən onları da anlayıram. Birdən-birə məktəbli bir qız kimi qarşılarında gördükləri bir xanım özüdə bir neçə ildən sonra birdən-birə tərzini dəyişir. Amma bu mənim içimdəki bu gün hiss elədiyim Lalədir. İnsan nə qədər oynaya bilsə də bir müddətdən sonra yorulur. Amma bu gün mənə belə rahatdır. Özümü çox yaxşı hiss edirəm. Nə olursa olsun mən tərzimi dəyişsəm də belə içində bir ana xətt olan “Lalə Məmmədova” var”.