TV proqram
TV proqram

“Ceyranı “Altın Kelebek”ə göndərsəydim...”

“Ceyranı “Altın Kelebek”ə göndərsəydim...”

Aparıcı Zaur Baxşəliyev açıqlaması ilə diqqət çəkib. 

OLAY yazır ki, televiziya ulduzu aparıcısı olduğu “Bizimləsən” verilişində Türkiyədə keçirilən sayca 50-ci “Altın Kelebek” mükafatlanma mərasimindən söz açıb. 

Zaur sözügedən gecədə “Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında mükafatı kimlərin aldığını bilmədiyini söyləyib.

O daha sonra “Bizimləsən” verilişinə ailəsindəki problemlərinin həll olunması üçün pənah gətirən və sosial şəbəkədə məşhurlaşan Ceyran xanımı studiyaya dəvət edib. 

Elə bu anda Baxşəliyev “Ceyranı “Altın Kelebek”ə göndərsəydim, mən Ceyran “Altın Kelebek”i altını-üstünə çevirib gələrdi Azərbaycana” deyərək studiyada əyləşən həm ekspertləri, həm də tamaşaçıların üzünü güldürüb.