Aktrisa Nəzakət Məmmədovanın gəlininin oğluna xəyanət etdiyi iddia olunub.
OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. N. Məmmədova deyib ki, oğlu ilə gəlini cəmi 8 ay evli qalıb və xəyanət üstündə boşanıb.
Aktrisa onu da bildirib ki, iki ildir boşanma rəsmiləşsə də, qarşı tərəf onları məhkəməyə verib. Onlar iddia ediblər ki, gəlinin cehizləri və zinət əşyaları aktrisanın evində qalıb. Lakin cehizlərin və digər əşyaların qaytarıldığı sübut olunub.
Qeyd edək ki, N. Məmmədova gəlini ilə sosial şəbəkələrdə videolar çəkərək gündəm olmuşdular.