Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişi başlayıb.
OLAY yazır ki, layihə 15-ci sezonu ilə efirə qayıdıb. Ötən gün start götürən proqramın birinci bölümündə X. Hidayətqızı güllərlə qarşılanıb:
“Sizin qarşısınıza çıxmaq böyük məsuliyyətdir. Mən işimi, tamaşaçıları çox sevirəm. Darıxıram. Əllərim bumbuzdur. Bu, böyük eşqdir. Məni hər dəfə kövrəldirsiniz, dəyərli dostlarım, əziz tamaşaçılarımız. Güllərin içində itib-batıram. Düz, 15 ildir, ölkənin ilk və tək axtarış verilişi qarşınızdadır. Elə bil ilk dəfə başlamışam. Böyük axtarışlarımız yekunlaşıb. Artıq siz onları izləyəcəksiniz”.