ARB TV-nin “O Üz” verilişinin növbəti buraxılışı mərhum Xalq artisti Yaşar Nuriyə həsr edilib.
OLAY yazır ki, ailə üzvləri, tələbələri və tərəf müqabilləri aktyordan danışıb. Sənətçinin xanımı Rəhimə Nuriyeva deyib ki, Yaşar Nuri həyatını dəyişdiyi an o, yanında olmayıb:
“6 il ərzində xasiyyəti tamam dəyişmişdi. Mən o zaman başa düşdüm ki, sevgi nədir. Xasiyyəti çox ağır idi. Nadir hallarda bizimlə zarafat edərdi. Qışqırmağı, kobud rəftarı da olub. İçəri girən kimi bütün işıqları söndürüb, telefonu çıxardırdı. Kaş ki, arabada olardı amma sağ olardı, yanımda olardı. İşdən gəlirdi, zarafata deyirdi ki, səndən yaxşısını tapmadım. Onun bir sözü var idi. Həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir. Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim”.