Əməkdar artist Dilarə Əliyevanın çıxışı ilə diqqət çəkib.
OLAY yazır ki, sənətçi aparıcısı olduğu “Söhbət var” verilişinin növbəti buraxılışında opera sənəti ilə bağlı tamaşaçılara müraciət edib.
“Başlanğıcdan artıq başa düşdünüz ki, söhbətimiz və mövzumuz operadır. Opera adını eşidən kimi çox xahiş edirəm, bəziləriniz kanalı çevirməsin. Biləsiniz ki, operanın özündə də çək-çevirlər var”, - deyə, o, söyləyib.
Qeyd edək ki, proqramın sözügedən buraxılışı opera sənətinə həsr edilib. Verilişin qonaqları Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov və aparıcı Saleh Bağırov olub.