Müğənni Mətanət Əsədova sevgilisindən danışıb.
OLAY yazır ki, ifaçı sevgilisinin olduğunu və qismət olarsa, övlad istədiyini deyib. Bu barədə o, “Həftənin qonağı” verilişində məlumat verib.
“İndiyə aşiqsiz qalaram? Birdən tərifləyərəm zayı çıxar. O məni çoxdan tanıyıb, mən onu tanımamışam. Bir onu deyərəm ki, çox mədəni, çox savadlı, çox alicənab, çox tərbiyəli, çox diqqətcil, çox insan adamdır. Elə qoy deyək ki, ailədir. Bir yerdə yaşayıb yaşamadığımızı deməyim. Evdarlıq deyirsən, evdarlıq, xanımlıq deyirsən, göz qarşısındadır. Təmizlik deyirsən, xəstəyəm. İnsanlığm, yaraşığım göz qarşısındadır. Demirəm dünya gözəliyəm, amma Allah verib də. Allah qismət etsin, övladım da olsun. O gecə və gündüz mənimlədir. Deyir səni gözümdən qırağa buraxa bilmərəm”, - deyə, M. Əsədova bildirib.