TV proqram
TV proqram

“Survivor All Star”da dəyişiklik

“Survivor All Star”da dəyişiklik

İlk bölümü yanvarın 15-i yayımlanacaq “Survivor All Star” yarışmasının çəkilişləri dünəndən etibarən Dominikanda başlayıb.

OLAY yazır ki, yarışdan əvvəl İnstaqram hesabından canlı yayım edən Acun Ilıcalı iştirakçıların son mesajlarını izləyiciləri ilə bölüşüb.

Ilıcalının canlı yayımında Nisə Bölükbaşının Könüllülər komandasında olmaması diqqət çəkib.

İddiaya görə, Nisa koronavirusa yoluxub. İki dəfə analiz verən Bölükbaşının test nəticələri pozitiv çıxıb. 

Onun əvəzinə yarışa əvəzedicilərdən Yağmur Bandana daxil edilib.

Əldə edilən məlumata görə, 10 günlük karantin müddətini başa vuracaq Nisa daha sonra müsabiqəyə qatılacaq.