Əməkdar artist Suğra Bağırzadə növbəti açıqlamalarıyla diqqət çəkib.
OLAY yazır ki, sənətçi atasının onun aktrisa olmağına etiraz etdiyini deyib. Bu barədə o “Xəzərin sahilindən” verilişində danışıb.
“Məktəbdə oxuyanda 2 filmdə çəkildim. Zeynəb Kazımovanın qısametrajı filmində və “Ulduz” filminə çəkildim. 9-cu sinifdə oxuyurdum, 15 yaşım var idi. Məktəbi qurtaranda mən artıq hiss edirdim ki, aktrisa olmaq istəyirəm. Səhnədə olmaq, filmlərə çəkilmək istəyirdim. Atam icazə vermədi. Dedi ki, get hansı texniki universitetə istəyirsən daxil ol. Evimizə ən yaxın Neft-Kimya İnstitutu idi, indi Neft Akademiyası adlanır. Orada təhsil aldım”, - deyə, o, bildirib.