“İlhamə Quliyevanın sifarişi ilə bütün televiziyalar mənə qadağa qoymuşdu”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “1 Dəqiqə” proqramına qonaq olarkən deyib.
Sənətçi uzun illər düşmən olduğu mərhum Xalq artisti İlhamə Quliyevanı bağışladığını etiraf edib:
“Artıq mən onu bağışlamışam. Allah rəhmət eləsin, yuxularıma girdi, məndən halallıq istədi. Üç il heç bir toya getmədim, efirlərdən uzaqlaşdırmadım.
Övladımın nə günahı var idi? Daha sonra İlhamə Quliyeva etiraf etdi ki, anam onun yuxusuna girib. Bundan sonra mənə bütün qapılar açıldı”.