"İncə səhər" verilişində qalmaqal yaşanıb.
OLAY yazır ki, Vüsalə Əlizadənin aparıcılığı ilə yayımlanan verilişdə müğənnilər Sevil və Sevinc Səfərovalar formata uyğun olaraq yemək hazırlamaqdan imtina ediblər.
“Burada çalışan hər kəsə hörmətimiz var. Veriliş yeni başladığı üçün sevə-sevə razılaşıb gəlmişik. Amma studiyada olan bir çox insan xasiyyətimizi bilir. Verilişə gəlirəmsə, hazırlaşıram, əziyyət çəkirəm, günlərlə geyimlər seçilir. Mən müğənniyə. Efirə ifa etmək üçün gəlirəm. Mətbəxdə bizim əl qabiliyyətimizi hər kəs bilir. Efirə salat hazırlamağa gəlməmişəm. Əlini yuyursan, ifa edirsən, salat hazırlayırsan... Düşünürəm ki, bu düzgün deyil” - deyə ifaçılar bildiriblər.
V.Əlizadə isə Sevil və Sevincin fikrinə belə rekasiya verib: “Ola bilər ki, sənin fikrincə düzgün deyil. Amma verilişin formatına hörmət etməlisiniz. Xalq artistləri, əməkdar artistlər, sizdən öncə sənətdə olanlar da burada iştirak edib. Çalışırıq ki, səhər efirində daha əyləncəli, pozitiv ab-hava yaradaq. Bu qalmaqal deyil, sadəcə bizə hörmətsizlikdir”.
Sevil və Sevinc Səfərovalar isə verilişdə yemək hazırlamayacaqlarını öncədən proqramın prodüserinə söylədiklərini, formata isə hörmət etdiklərini vurğulayıblar: “Hörmətsizlik etsəydik, efirə gəlməzdik. Siz hazırda bizi tamaşaçıya elə təqdim edirsiniz ki, “Qızlar” hörmətsizlik edir”. Heç bir halda belə bir şey yoxdur”.