TV proqram
TV proqram

20 il işlədiyi ATV-dən bu sözlərlə ayrıldı

20 il işlədiyi ATV-dən bu sözlərlə ayrıldı

“20 illik əməyim olan, ata ocağı qədər əziz ATV telekanalından öz istəyimlə, xahiş edirəm məni tutduğum vəzifədən azad edəsiniz müraciəti ilə ayrıldım...”

OLAY yazır ki, bu sözləri aparıcı Vüsalə Əlizadə “İnstagram” hesabında yazıb. 

“2 aydır bilib-bilmədən danışanlar, yazanlar, yozanlar, bilin ki, münasibətlər hörmətli, qərarlar sayğı duyularaq gözəldir və biz də belə ayrıldıq. Çünki mən qərarlarımı verərkən nə şişi bada verirəm, nə kababı. Hər şey ölçüdə gözəldir. İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu 2 ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik” – deyə aparıcı qeyd edib.