TV proqram
TV proqram

Hadisənin sevgilisinə söz atdı, cavab gecikmədi

Hadisənin sevgilisinə söz atdı, cavab gecikmədi

Müğənni Hadisenin iş adamı sevgilisi Mehmet Dinçerler ilə aparıcı Bircan Bali arasında qalmaqal yaşanıb.

OLAY yazır ki, buna səbəb Bircanın “Söylemezsem olmaz” verilişində Mehmetlə bağlı səsləndiridyi fikirlər olub. Belə ki, aparıcı efirdə Hadisenin “Altın kelebek” mükafatlandırma gecəsində sevgilisinə təşəkkür etdiyi görüntülər yayımlanarkən “Əvvəlcə Hadisenin sevgilisinin qara nöqtələrindən danışmaq istəyirəm. Burnumuza soxdular. Bir az dərinə qulluq et. Ürəyim bulandı”,- sözlərini səsləndirib.

Bundan sonra, Bircanın çıxışı sosial şəbəkələrdə gündəm olub. Dinçerler isə üstüörtülü şəkildə aparıcıya replika atıb. O, tviterdə “heç vaxt bir səfehlə mübahisə etməyin. Sizi öz səviyyəsinə çəkər və təcrübəsi ilə qalib olar”,- statusunu paylaşıb.

Bu paylaşıma Bircandan cavab gecikməyib. Aparıcı Dinçerlerə Hadisenin iş adamı Rza Zərrabla münasibəti üzərindən söz atıb. O, instaqramda  “Heç vaxt bir səfehlə mübahisə etməyin, amma rəfiqəsinin əri ilə eşq yaşayanla sevgili olun”,- sözlərini yazıb.