Seyfi Dursunoğlunun 15 milyon lirəlik miras davası nəticələnib.
OLAY yazır ki, “Huysuz Virjin” obrazı ilə məşhurlaşan aktyor mirasını Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinə bağışlayandan sonra iki qardaşı oğlu mirasda haqq sahibi olduqlarını bildirərək məhkəməyə müraciət etmişdi. Məhkəmə qərarı ilə onların istəyi rədd olunub.
Qeyd edək ki, onlar üç il öncə vəfat edən aktyorun ruhi sağlamlığının yerində olmadığını iddia etmiş, bunun araşdırılmasını istəmişdilər.