Müğənni Rəqsanə İsmayılova və Damla arasında yaranan gərginlik bitib.
OLAY yazır ki, bu barədə bəstəkar Afşin Azəri “Şou ATV”yə açıqlamasında bildirib. O, müəllifi olduğu “Ay ürəyim” mahnısına görə dava edən iki tanınmış simanın barışdığını vurğulayıb:
“Problemləri həll olub, daha sonra necə dost idilərsə, elə də qaldılar”.
Qeyd edək ki, sözügedən mahnı 1 gün fasilə ilə hər iki sənətçinin ifasında təqdim olunmuşdu.