“BBC One” kanalı Avroviziya qalibimiz Nigar Camaldan aldığı müsahibəni yayımlayıb.
OLAY yazır ki, verilişə çəkilmək üçün özəl dəvət alan sənətçi müsabiqənin builki finalından öncə efirə gedən layihədə qonaq olub.
Son 26 ildə Birləşmiş Krallığın britaniyalı yeganə qalibi olan Nigar proqramda dünyaca məşhur sənətçi Mikanın suallarını cavablandırıb.
O, “Avroviziyanı qazanmaq necə bir hiss idi” sualına “Bu mənim üçün böyük şok idi, təsəvvür edirsinizmi, siz peşəkar müğənni deyilsiniz və heç vaxt böyük səhnədə olmamısınız…” deyə, bildirib.
Avroziyada çıxış etməyin arzusu olduğunu bildirən Nigar “Çıxışınızı Avroviziya qalibi edən nə oldu” sualına isə bu sözlərlə cavab verib:
“Bu mahnı saf sevgidən bəhs edir və düşünürəm ki, biz bu hissləri tamaşaçılara çatdıra, paylaşa bildik”.
Qeyd edək ki, Nigar Camal və Eldar Qasımov 2011-ci ildə “Runing Scared” mahnısı ilə müsabiqənin qalibi olub. Onlar son 12 il ərzində dünyanın müxtəlif ölkələrində “Avroviziya” ilə bağlı layihələrdə, həmçinin, seçim gecələrində iştirak ediblər və səhnə alıblar.