“Avroviziya 2023” finalında Azərbaycan münsifləri adından xalları aparıcı Nərmin Salmanova açıqlayacaq.
OLAY yazır ki, bu barədə İctimai Televiziyanın Teleqram kanalında məlumat verilib.
Bildirilir ki, o, bu il keçiriləcək müsabiqədə canlı yayımda xalları təqdim edəcək.
Qeyd edək ki, Nərmin Salmanova ötən il “Avroviziya”da iştirakçılara Azərbaycandan münsiflər tərəfindən veriləcək səsləri elan edib.