Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək.
OLAY yazır ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.
Sabah yerli vaxtla saat 20:00-da başlayacaq yardım kampaniyasından əldə olunan gəlir “AFAD” və Türkiyə “Qızıl ay” cəmiyyətinin hesabına köçürüləcək.