TV proqram
TV proqram

“O ses” final etməyəcək

“O ses” final etməyəcək

TV 8 kanalının rəhbəri Acun Ilıcalı “O ses Türkiye” mahnı müsabiqəsinin final etməsi ilə bağlı iddialara münasibət bildirib.

OLAY yazır ki, Ilıcalı yayılan xəbərlərin yalan olduğunu söyləyib:

“Dəlinin biri quyuya daş atır, 40 ağıllı yığışıb çıxarda bilmir. Demək istəyirəm ki, yalandır, dezinformasiyadır. Mən münsiflərdən çox razıyam. Proqramı da sevərək hazırlayıram”.

Qeyd edək ki, yarışmanın münsifləri müğənnilər Murat Boz, Ebru Gündeş, Oğuzhan Koç və şoumen Beyazit Öztürkdür.