“Bizim planımız var, tarix dəqiqləşməyib. Sadəcə olaraq planlaşdırmışıq, təsdiqləməmiş. Çağırılacaq qonaqlar da bilmir ki, toy nə vaxt olacaq. Heç dəvətnamə belə hazırlamamışıq”.

Bu sözləri müğənni Sevda Yahyayeva OLAY-a açıqlamasında bildirib.  Sənətçi həkim Zakir Bayramovla toy tarixinin dəqiqləşmədiyini qeyd edib.  
Sevda deyib ki, toyu oktyabrın 25-nə planlasalar da, hələ tam olaraq qərar verməyiblər:

“Hazırda Maldivdəyik, ona görə heç nə ilə maraqlana bilmirik. Qayıdandan sonra bu işlərlə məşğul olacağıq”.