Musiqi
Musiqi

Marva Hiks 66 yaşında öldü

Marva Hiks 66 yaşında öldü

Aktrisa və müğənni Marva Hiks 66 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb. Qeyd olunub ki, Hiks Nyu-Yorkda vəfat edib.  Sənətçinin meneceri faktı təsdiqləyib.  

Xatırladaq ki,Marva 1991-ci ildə “Never Been in Love Before” adlı sinqlı ilə debüt albomunu buraxıb. Hiks qastrol səfərində Maykl Cekson və Stivi Uander ilə duet oxuyub.

O, “Ulduz Yolu: Səyahətçi”, “Kartların Evi”, “Daredevil və Qara siyahı” kimi filmlərdə rol alıb. Sənətçi həmçinin Brodvey səhnəsində “The Lion King”, “Ceroline, or Change” və “Lena Horne: The Lady and Her Music” əsərlərində fəal çıxış edib.