Rusiya və Ukraynanın məşhur müğənnisi Maks Barskix Ermənistana dəstək olub.
OLAY yazır ki, estrada ifaçısı 1,2 milyon izləyicisi olan instaqram hesabının hekayəsində “Diqqət” başlıqlı post paylaşıb.
Sözügedən statusda Azərbaycan əleyhinə ifadələrə yer verilib.
Dekabrın 10-da Bakı Konqres Mərkəzində konserti planlaşdırılan sənətçinin bu addımı Azərbaycana xəyanət kimi qiymətləndirilib.
Bu səbəbdən sözügedən tədbirin bilet satışı həyata keçirən “İticket.az” onlayn satış şəbəkəsi instaqram hesabına yüzlərlə etiraz şərhi yazılıb. Həmçinin, sözügedən paylaşım azərbaycanlılar tərəfindən şikayət olunub. Bunun ardından hekayə deaktiv edilib.
Qeyd edək ki, sənətçi dəfələrlə Bakıda təşkil “Jara” musiqi festivallarında çıxış edib.