Müğənni Mina Hüseyn əvvəlki tərzinə geri dönərək sevənlərini təəccübləndirib.
OLAY yazır ki, ona uzun illər əvvəl uğur gətirən rep ifası ilə layihəsini təqdim edib.
Sənətçi yay ab-havalı “Marakuya”adlı yeni bəstəyə çəkilən klipini yayımlayıb.
Ekran işinin ideya və ssnearisi Minanın özünə məxsusdur. Klipin lentə alınması rejissor Xəyal Murtuzova həvalə olunub.
Mina düşünür ki, söz və musiqisi JayhunMusic-ə aid olan bu mahnı seviləcək.