Musiqi
Musiqi

Avroviziya loqosunu dəyişdi

Avroviziya loqosunu dəyişdi

Avroviziya mahnı müsabiqəsi loqosunu yeniləyib.

OLAY yazır ki,  2004-cü ildə təqdim edilən, 2014-cü ildə isə yenilənən əl yazısı üslubundakı əsas loqo bu dəfə “Singing Sans” adlı xüsusi şriftlə hazırlanmış sadə və axıcı tək bir işarəyə çevrilib.

İkonik “Eurovision” ürəyi isə loqonun mərkəzindəki yerini qoruyur.

Yeni kimlikdə diqqət çəkən əsas elementlərdən biri də 3D “Bukalemun Ürək”dir. Bu dizayn, müsabiqənin 70 illik tarixindəki hər ili təmsil edən 70 təbəqədən ibarətdir və “Eurovision”un “mədəni təsir, musiqi və hərəkəti mənimsəmə” gücünü simvolizə edir.