Pop musiqisinin divası Nazan Öncel, may ayında keçirdiyi infarktdan sonra “Əzraili atlattım” deyərək reanimasiyadan çıxan kimi xəstəxana çarpayısında yazmağa başladığı “Vertigo” adlı mahnısını yayımlayıb.
OLAY yazır ki, mahnı yayımlandıqdan cəmi 24 saat sonra “yay hiti” kimi tanınaraq siyahıların zirvəsinə yüksəlib. Lakin sənətçi növbəti dəfə infarkt keçirib.
Öncel sosial mediada pərəstişkarlarına belə bir mesaj ünvanlayıb:
“Bu ürək üçün daha nə edim? Nə istədisə etdim; “get” dedi getdim, “pəhriz et” dedi etdim, “çox su iç” dedi içdim, “stent” dedi, “baş üstə” dedim, olmursa, olmur demək. Dua edin”.