Musiqi
Musiqi

Dua Lipanı məhkəməyə verdilər

Dua Lipanı məhkəməyə verdilər

Dünyaca məşhur müğənni Dua Lipa plagiat etməkdə ittiham olunur. 

OLAY yazır ki, ifaçını “Artikal Sound System” musiqi qrupu məhkəməyə verib. 

Onlar iddia edib ki, Duanın “Levitating” mahnısı qrupun 2017-ci ildə təqdim etdiyi “Live your life”a çox bənzəyir.

Los-Anceles məhkəməsinə müraciət edən qrup bu mahnının original olmadığını, müğənninin plagiat etdiyini bildirib.

Bununla yanaşı, onlar ifaçının şirkəti “Warner Record”u da ittiham edib. 

Həmçinin, qrup üzvləri Lipanın sözügedən mahnısından gəlir də tələb ediblər.