Musiqi
Musiqi

Dilarədən sevənlərinə “Sevgililər günü”nə sürpriz!

Dilarədən sevənlərinə “Sevgililər günü”nə sürpriz!

Avroviziya təmsilçimiz Dilarə Kazımova yeni işlərini pərəstişkarlarının ixtiyarına verib.

OLAY yazır ki, sənətçi 14 Fevral – “Sevgililər Günü” münasibəti ilə “Xarizma, “Cazibə” və “Zəng-zəng” adlı mahnılarını remiks edib. 

Estrada ulduzu bəstələrini albom şəklində təqdim edib. Sözügedən bəstələr Kazımovanın “Madame Di” adı verilən albomunda yer alıb.

Məşhur diceylərlə ərsəyə gələn “EP” albomundakı mahnılar klub ritmləri ilə, yay ab-havasında hazırlanıb. 

Həmin nəğmələrə diceylər – DJ Vebo, DJ N.E.Z və almaniyalı DJ Jojo remiksləri ilə fərqlilik qatıblar.

Dilarə yeni layihəsi ilə bağlı məmnunluğunu bu sözləri ilə ifadə edib:

“Mən həmişə yeniliklərə imza atmağa çalışan sənətçi olaraq böyük qürur və sevinc hissi ilə sevənlərimə uzun müddətdir ki, üzərində çalışdığım, Azərbaycanın ilk proqressiv,   ritmik janrında olan albomu ərsəyə gətirmişəm. Hər şey planlaşdırdığımız kimi gedir və  düşündüm ki, pərəstişkarlarımı yeniliklərlə sevindirim və sevilən mahnılarımı yenidən gündəmə gətirim. Çünki daha əvvəlki layihərimdən sonra anladım ki, bu tərzdə keyfiyyətli işi bu qış dövrünün ən soyuq fevral ayında əhval ruhiyyəni yüksək tutmaq üçün sevənlərimə böyük hədiyyə olacaq.   3 musiqi remiksinin hər birinin ayrı gözəlliyi var. Bu möhtəşəm “Madame Di” adlı yeni albomu bütün rəqəmsal platformalarda  dinləyə bilərsiniz. Ümid edirəm ki, bəyənəcəksiniz”.

İfaçı albomuna verdiyi “Madame Di” adının səbəbini belə izah edib:

“Mən deyirdim axı “Dilarə erası” başlanır. Əslində, o sözlər elə-belə deyildi.  Hər kəsin keçmiş həyatda kim olması barədə öz rəyi var. Mən isə əminliklə deyə bilərəm ki, keçmiş həyatımda imperatriça olmuşam”.

Bu layihə üçün Kazımova kart oyunun motivlərinin əks olunduğu “ürək daması” obrazında obyektiv qarşısına keçib.