Musiqi
Musiqi

Samirə falçı obrazında

Samirə falçı obrazında

Azərbaycanı 2020 və 2021-ci illərdə “Avroviziya” mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi söz və musiqisi Edqar Ravinə məxsus “Tək-tək” adlı mahnını ekranlaşdırıb.

Əfəndi sözügedən klip üçün 4 fərqli obraz yaradıb. Bu obrazlar arasında diqqət çəkən isə falçı obrazı olub. 

Samirə klipinin rejissorluğunu Ali Farhada həvalə edib. 

Ekran işi S.Əfəndinin rəsmi “YouTube” kanalında artıq yayımdadır.