Musiqi
Musiqi

Bu da Tünzalənin “Zalım”ı

Bu da Tünzalənin “Zalım”ı

Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini təqdim edib.

OLAY yazır ki, sənətçi söz və bəstəsi Camal Qubanova məxsus “Zalım” adlı mahnını ekranlaşdırıb. 

Klipin rejissorluğu fotoqraf Röyal Səfərova həvalə edilib. 

Ağayevanın geyimi üzərində Elnarə de Birbuet çalışıb, makiyaj və saç düzümü isə stilist Sabir Bağırova məxsusdur. 

Tünzalə bu layihəsində də tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə birgə çalışıb. 

Layihənin prodüseri isə Yalçın Cabbarovdur. 

Klip Xalq artistinin doğum günü ərəfəsində təqim olunub. İfaçı həmin layihəni özünə ad gününə hədiyyə edib. 

“Zalım” layihəsi Tünzalənin rəsmi “Youtube” kanalında, eyni zamanda bütün rəqəmsal musiqi platformalarda yayımdadır.