Musiqi
Musiqi

Elçin “Bu bizə yaraşmaz” dedi

Elçin “Bu bizə yaraşmaz” dedi

Müğənni Elçin Cəfərov uzun fasilədən sonra yeni klipini təqdim edib.  

OLAY yazır ki, o, musiqisini özünə, sözləri Rafael Şabanova  məxsus “Bu bizə yaraşmaz” mahnısını ekranlaşdırmaq qərarına gəlib.

O, klipinin çəkilişlərini rejissor Emin Muradova həvalə edib.

Layihənin ssenarisi fərqlidir  və Bakıda ikimərtəbəli avtobusda lentə alınıb. Klipdə aktrisa Fidan Ələkbərova da yer alıb. 

“Bu bizə yaraşmaz” bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib.