Musiqi
Musiqi

Mahnısını Nailə Mirməmmədliyə həsr etdi

Mahnısını Nailə Mirməmmədliyə həsr etdi

Əməkdar artist Abbas Bağırov yeni layihəsini təqdim edib.

OLAY ayzır ki, ifaçı “İzim qalacaq” adlı mahnısını klipiylə birgə dinləyicilərinin ixtiyarına verib. O, sözügedən nəğməni mərhum sənətçi Nailə Mirməmmədliyə həsr etdiyini bildirib.

“23 may bəstəkar, Əməkdar İncəsənət Xadimi Nailə Mirməmmədlinin doğum günüdür və bu əsərini ona ithaf edirik”, - deyə, Abbas paylaşımında yazıb.

Bəstənin musiqisi Nailə Mirməmmədliyə, sözləri isə Vüqar Əhmədə məxsusdur. 

Ekran işində Mirməmmədlinin görüntülərinə də yer verilib.

Qeyd edək ki, klip Bağırovun rəsmi yutub kanalında, mahnı isə bütün musiqi platformalarında yayımlanıb.