Musiqi
Musiqi

Aygün Kazımova obrazdan obraza girdi - “Maşallah” 

Aygün Kazımova obrazdan obraza girdi - “Maşallah” 

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə olan layihəsini təqdim edib.

OLAY yazır ki, DMC imzalı “Maşallah” dijital platformalarda yer alıb. 

Estrada ulduzu və Genco kamera qarşısına keçərək klip də çəkdirib. 

Söz və musiqisi Gencoya məxsus mahnıya çəkilən ekran işinin rejissorluğu Selim Akara həvalə olunub. 

Bu layihənin reallaşmasının əsas səbəbkarı isə Gencodur. Belə ki, iş birliyi ilə bağlı təklif məhz ondan gəlib. Duet haqda açıqlama verən türk sənətçi bu mahnını yazarkən Kazımovadan ilhamlandığını bildirib.

“Maşallah”ın klipi İstanbulda Beykoz Kundura fabrikində 40 nəfərdən ibarət heyət tərəfindən lentə alınıb.

A.Kazımova ekran işində bir neçə obraz yaradıb. Ən fərqli görüntülərdən biri isə sənətçinin uzun hörükləri ilə səhnəsi olub. 

A.Kazımova layihədə dəstəyinə görə modelyer Rüfət İsmayıla təşəkkür edib.