Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdim edib.
OLAY yazır ki, sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə “İmtahan” adlanır.
Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub.
“İmtahan” ötən gündən etibarən meyxanaçının rəsmi musiqi platformalarında paylaşılıb.
Fotoların müəllifi Faiq Qurbanovdur.
Qeyd edək ki, sənətçi gələn ay Gəncə, Naxçıvan və Lənkəranda solo konsert verəcək.