Avroviziya təmsilçimiz Çingiz Mustafayev yeni layihəsini təqdim edib.
OLAY yazır ki, ifaçı son günlərdə Türkiyədə viral olan, sözləri Fərid Farizə məxsus “Nə mənası var, qardaş” şeirinə mahnı bəstələyib.
O, bu barədə instaqram hesabında yazıb və rejissorluğunu Dinopolonun etdiyi klipin bir günə çəkildiyini bildirib:
“Bir neçə gün öncə təsadüfən bu şeir ilə rastlaşdım və çox bəyəndim. Ardınca gecəylə ona mahnı bəstələdim və yollandıq rayonlarımızdan birinə. Bir günə klip çəkdik, montaj etdik, rənglədik. Hər şey o qədər təsadüfi və sürətlə baş verdi ki, zövq almamaq mümkünsüz idi”.